Yarmarkalardan ət almayın - Mal əti adı ilə at leşi satırlar

Yarmarkalardan ət almayın  - Mal əti adı ilə at leşi satırlar

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov əhalini ət alarkən diqqətli olmağa çağırıb.

Aktual.az modern.az-a istinadən bildirir ki, V.Məhərrəmov bildirib ki, respublikada mal, qoyun əti az istehsal olduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satırlar.

"Elə ona görə də yarmarkalarda satılan ətin qiyməti ucuzdur. Təxmini hesablamalarımıza görə, hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur. Ət alarkən diqqətli olun!" - deyə mütəxəssis əhalini xəbərdar edib.

Qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin son günlər mənşəyi məlum olmayan ətlərin satış məqsədilə paytaxta gətirildiyini sübut edən faktlarla çıxış etməsi xəbərdarlığın əbəs olmadığını deməyə əsas verir.

// Aktual.az

Xəbər 2435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR