Yanan binada imtahan verənlərin nəticələri açıqlandı

Yanan binada imtahan verənlərin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi iyulun 22-də Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən Aktual.az-a  verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməyib. 2 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Aktual.az
Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR