Xumar Qədimova: “Deyir, mənə öpüş göndərdin..."

Xumar Qədimova: “Deyir, mənə öpüş göndərdin...

Müğənni Xumar Qədimova tamaşaçıları tərəfindən unudulmasından qorxmur.

Aktual.az teleqraf.com-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Star life" verilişində danışıb. O, qeyd edib ki, bütün günü efirdə görünmək ifaçını adiləşdirir:

"Adiləşmək istəmirəm və kənara çəkilsəm də, unudulmuram. Amma bir də gördün unuduldum. Hələ ki, sənət, xarizma olduğuna görə unudulacağımı düşünmürəm. Müəyyən vaxt kənara çəkilib meydanı da müşahidə etmək lazımdır".

X.Qədimova heç bir sosial şəbəkə istifadəçisi olmadığını da dilə gətirib: "Bəzən sənət adamları deyirlər ki, İnstagramda sənə yazdıq və bizə cavab yazaraq öpüş göndərdin. Mən də pis vəziyyətdə qoymamaq üçün "hə" deyirəm. Bu gün sirri açdım. Eşidib məndən inciyə bilərlər. Amma İnstagramda yoxam".

Sənətçi ekranda xoşbəxt görünməyə çalışan həmkarına da söz atıb: "Özünü elə göstərir ki, xoşbəxtdir. Amma hiss olunur ki, problemi var. Kimsə səni xoşbəxt, bəxtəvər görsün deyə o hərəkətləri etməyə ehtiyac yoxdur. Hər birimiz insanıq, pis və yaxşı günlərimiz ola bilər".

// Aktual.az 

Xəbər 3599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR