XİN: Azərbaycan Krımda keçirilən “seçkilər”i tanımır

XİN: Azərbaycan Krımda keçirilən “seçkilər”i tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma "yerli seçkilər”ə münasibət bildiirb. 

Aktual.az-ın xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin "seçkiləri" tanımır. 
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı "seçkilər”i tanımır", XİN rəsmisi əlavə edib. 
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR