“Xalq Bank”ın pulköçürmə sistemindən istifadə edənlərə “Bakcell”dən pulsuz danışıq təklifi

“Xalq Bank”ın pulköçürmə sistemindən istifadə edənlərə “Bakcell”dən pulsuz danışıq təklifi

“Bakcell” şirkəti “Xalq Bank” ilə birlikdə “Daha çox köçür, daha çox qazan!” adlı yeni kampaniyaya start verib.

Şirkətdən  verilən xəbərə görə, bu kampaniyanın məqsədi “Xalq Bank”ın potensial müştəriləri tərəfindən həyata keçirilən pulköçürmə əməliyyatlarını həvəsləndirməkdir.

Kampaniya bu ilin dekabrın 20-dən başlayıb. Kampaniyanın davam etdiyi müddətdə “Xalq Bank”ın filiallarında fəaliyyət göstərən “Western Union”, “Contact”, “Privat Money”, “Lider”, UPT, “Blizko”, “Monex” pul köçürmə sistemlərindən istifadə edən müştərilərə “Bakcell” mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcək.

“Xalq Bank”ın filiallarında qeyd olunan təcili pulköçürmə sistemləri vasitəsilə “Bakcell” abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.

“Xalq Bank”ın filiallarında təcili beynəlxalq pulköçürmə sistemləri vasitəsilə 100 manatdan 500 manata qədər təcili pul köçürməsi edən və ya alan “Bakcell” abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.

500 manatdan 1000 manata qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 manatdan yuxarıdırsa, abunəçiyə “Bakcell” şirkətindən 30 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Bu kampaniya çərçivəsində, “Monex” pulköçürmə sistemi vasitəsilə 101 manatdan 500 manata qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 manatdan 1 000 manata qədər təcili pul köçürməsi edən müştərilərə “Bakcell” şirkətindən 10 dəqiqə, 1001 manatdan yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR