Xalq artisti xəstəxanaya düşdü

Xalq artisti xəstəxanaya düşdü

Məşhur diktor, xalq artisti Sabir Ələsgərlinin səhhəti pisləşib. Üç dəfə əməliyyat keçirən diktor yenidən xəstəxanaya düşüb.

Publika.az-a açıqlamasında diktor getdikcə gücünün tükəndiyini deyib:
"Bu qədər əməliyyat keçirdim, elə bilirdim, sağalacağam. Amma vəziyyətim pisləşib. Bir aydır ki, üz-gözüm şişib, ağrılardan dayana bilmirəm. Hər gün xəstəxanaya gedib-gəlirəm. İynə-dərman, amma düzəlmirəm. Həkimlər deyirlər, sinir ağrılarıdır. Dözə bilmirəm".

Məşhur diktor dava-dərmana pul çatdıra bilmədiyini də bildirib: "Vallah, utanıram dilimə gətirməyə. Xəstəlik insanı o hala qoyur ki, maddi problemini deməyə məcbur olursan. Deyirlər, Səhiyyə Nazirliyinə müraciət et. İndiyə qədər eləməmişəm, indi də necə deyim?"

Qeyd edək ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında əməliyyat olunan diktor elə həmin xəstəxanada müalicə olunur. S.Ələsgərli üç dəfə böyrək əməliyyatı keçirib.
 
Aktual.az 
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR