Xalq artisti Çingiz Sadıxov dəfn olundu

Xalq artisti Çingiz Sadıxov dəfn olundu

"Report” xəbər verir ki, vida mərasimindən sonra azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxov II Fəxri xiyabanda torpağa tapşırılıb.

*** 
Bakıdakı "Təzəpir” məscidində tanınmış azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib.

"Report” xəbər verir ki, vida mərasimində xalq artistinin xanımı Ceyran Sadıxova, qızları Lalə və Nərgiz Sadıxova, nəvəsi Rüstəm Sadıxov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Bakl Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli musiqiçinin yaradıcılığından danışıb: "Biz böyük sənətkarı itirdi. Onda kiməsə nifrət və ya rəqabət hissi heç vaxt olmayıb. Çingiz Sadıxov əsl sənətçi idi. O hər zaman bizim qəlbimizdə olacaq. Biz onun lətifələrini və dəyərli sözlərini hər zaman xatırlayacağıq".






Xəbər 1169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR