Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb

Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb

Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.

Aktual.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR