Vurulan rus təyyarəsinə xəbərdarlıq edilən an - VİDEO

Vurulan rus təyyarəsinə xəbərdarlıq edilən an   - VİDEO
  • DÜNYA

Türkiyə Rusiyaya məxsus “Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, səs yazısında Rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyi məlum olub.

“Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.

Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR