Vilayət Eyvazovdan dörd təyinat

Vilayət Eyvazovdan dörd təyinat

Daxili işlər orqanlarında kadr dəyişiklikləti olub.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Ümman Qardaşxanov Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib. O, bu təyinata qədər həmin bölmədə müvafiq vəzifədə çalışıb.

Nazirin digər əmri ilə Ağcabədi RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Qafur Verdiyev Qax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Vilayət Eyvazov həmçinin Füzuli Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Vüsal Mirzəzadəni vəzifəsindən azad edərək, Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin edib.

Onun yerinə Füzuli Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə isə polis mayoru Nəsirəddin Orucov təyinat alıb.

Xəbər 1362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR