Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi

Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi

Bakı şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.

Aktual.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, daşıyıcı "Azland Plaza" MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Bu gündən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq "Çinar Trans" MMC-yə, 162 nömrəli marşrutun istismarı isə "Xaliq Faiqoğlu" MMC-yə həvalə olunub.

161 nömrəli marşrut Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut Ramana yaşayış kompleksi - "Koroğlu" NMM istiqamətində hərəkət edir.

Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.
Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR