Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Aktual.az xəbər verir ki, o, "Dinamo Siti” (Albaniya) – "Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR