Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb

Viktor Hüqonun

Ötən gün Notr-Dam kilsəsində baş verən yanğından sonra fransız yazıçı Viktor Hüqonun məşhur "Notr-Dam-de-Paris” əsəri "Amazon” saytında 10 ən populyar kitab siyahısına daxil olub.

ONA-nın məlumatına görə, bu barədə "BFM TV” telekanalı məlumat yayıb. 
Məlumata görə, Paris üzrə bələdçi kitabçaların satışında da artım müşahidə olunur.
Telekanalın xəbərinə görə, oxşar hadisə 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra yaşanıb. Belə ki, o vaxt Ernest Heminqueyin "Həmişə səninlə olan bayram” kitabının satışı artmışdı. 


Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR