Vətəndaşın 100 min manatlıq torpaq sahəsini ələ keçirən şəxsə hökm oxundu

Vətəndaşın 100 min manatlıq torpaq sahəsini ələ keçirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu yolu 103 min manatı mənimsəməkdə təqsirləndirilən Elnur Sarıyevin cinayət işi məhkəmə prosesi yekunlaşıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Sarıyev 8 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, E.Sarıyev Bakı şəhər sakini Vüsal Quliyevə Nərimanov rayonunda yerləşən 0.044 hektar torpaq sahəsini satmaq adı ilə onun mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində dəyəri 100 min manat dəyərində olan 1.5 hektar torpaq sahəsini ələ keçirib.
Həmçinin razılaşmaya əsasən V.Quliyev Qəbələdəki torpaqdan əlavə Elnur Sarıyevə Bakıda yerləşən 4 mənzil verməli imiş.

Lakin sonradan məlum olub ki, E.Sarıyevin mülkiyyətində olan Nərimanov rayonunda olan boş torpaq sahəsi bank girovundadır.
Zərərçəkənin şikayəti əsasında E.Sarıyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.
Xəbər 180 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR