Vaqif Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Vaqif Abdullayev 3-cü dərəcəli

Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Abdullayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, V.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR