“Valyuta tənzimi haqqında” qanun yenidən parlamentdə

“Valyuta tənzimi haqqında” qanun yenidən parlamentdə

Prezident sənədin son versiyasını imzalamayıb.

Prezident İlham Əliyevin Milli Məclisə geri qaytardığı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun Milli Məclisin plenar iclasında yenidən müzakirəyə çıxarılması gözlənilir.

Aktual.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun bu il yanvarın 19-da qəbul Milli Məclisdə qəbul edilib.

Dəyişikliklərə əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alaraq, qanunu Milli Məclisə geri qaytarıb.

Qanun fevralın 9-da Milli Məclisin İqtisadiyyat komitəsinin iclasında qapalı toplantıda geniş müzakirə edilib.

Xəbər 713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR