Uşaqlıq xərçəngi şübhəsi olan xanımlar - OXUSUNLAR

Uşaqlıq xərçəngi şübhəsi olan xanımlar  - OXUSUNLAR

Son illər qadınlar arasında ginekoloji xəstəliklərin sayı sürətlə artır. Təsadüfi deyil ki, qadınlar arasında xərçəng xəstəlikləri, o cümlədən digər ağır ginekoloji problemlər məhz vaxtlı-vaxtında müayinə olunmamaq nəticəsində yaranır.

Aktual.az Fransada təhsil almış və çalışmış ginekoloq-cərrah, Fransa Milli Mama-Ginekoloqlar cəmiyyətinin üzvü, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama-Ginekologiya kafedrasının Cərrah Mama Ginekoloqu, Endoskopist Dr.İlahə Quliyevanın maarifləndirici məqaləsini təqdim edir.

Nə zaman ginekoloqa müraciət etməlisiniz ?

Birinci növbədə onu demək lazmdır ki, əgər sizi heç nə narahat etməsə də belə profilaktik məqsədlə ildə 2 dəfə ginekoloji baxışdan keçmək çox vacibdir. Amma təcili olaraq ginekoloqun müayinəsinə getmək lazım olduğu aşağıdakı hallardan danışacağıq.

Cinsiyyət orqanlarında ağrı və diskomfort, qaşınma, yanma, vaginal axıntının çoxalması və iyli, rəngli olması zamanı birinci növbədə edilməli iş ginekoloqun konsultasiyasına yazılmaqdır!

Bu əlamətlər cinsi yolla keçən xəstəliklərə məxsusdur. Bu infeksiyalar ginekologiya və urologiyada, habelə perinatologiyada əsas problemlərə yol açan faktorlardır. Bu infeksiyalardan bəzilərini sadə yaxma müayinəsində aşkarlamaq mümkün olsa da belə , əksəriyyəti PZR metodlu analizlərlə təyin olunur.

Xlamidiya, mikoplazma, ureoplazma ,qardnella, trixomonas,qonoreyya və s. kimi ciddi infeksiyalar qadın və kişi cinsiyyət orqanlarında iltihabi dəyişikliklər yaradaraq qadın və kişi sonsuzluğuna, hamiləliyin sona çatdırılmamasına səbəb olurlar. Düzgün və vaxtında müalicə aparılarsa cütlüklər sağlamlıqlarına qovuşa bilirlər.

Bütün tip aybaşı ritminin və ya aybaşı qanının miqdarının pozulması, saç yağlanması , saç tökülməsi, üzdə , kürək və qollarda səpkilər, tüklənmə müşahidə olunan zaman mütləq ginekoloqun konsultasiyasına tələsin.

Bu hallar yumurtalıq funksiyasının pozulmasına, yaşla əlaqəli dəyişikliyə, orqanizmdə hormonal disbalansa dəlalət edir. Zamanında diaqnostika və müalicəsi aparılmazsa sonsuzluq, maddələr mübadiləsinin pozulması, piylənmə, dayaq-hərəkət sistemi pozğunluqları, şəkərli diabet, arterial hipertenziya və s. kimi xəstəliklərin inkişafına yol açar. Bu da normal sosial həyatınıza çox ağır zərbə vurmuş olar.

Cinsiyyət orqanlarından qanaxma, qansızma ( aybaşıdan kənar qanamalar)

Yumurtalıq fəaliyyətinin ritmik pozğunluqları zamanı da bu hal baş verə bilər. Əksər hallarda qanaxmalara səbəb uşaqlıq boynunun və cisminin polipi, submukoz miomalar, endometriya qalınlaşması, uşaqlıq boynu eroziyaları və xərçəngi səbəb olur.

Kiçik çanaqda olan ağrılar , aşağı ətrafa, belə, anal dəliyə qədər yayılan ağrılar zamanı ginekoloq müayinəsi qaçılmazdır.

Kİçik çanaqdakı ağrılar uşaqlıq və yumurtalıq, borularda olan iltihabi xəstəliklər zamanı izlənilə bilir. Aybaşı zamanı , habelə cinsi yaşayış zamanı, ginekoloji barmaqla müayinə zamanı kəskin ağrılar endometrioz əlamətləri ola bilər. Bir tərəfli olan ağrılar,əsasən belə və aşağı ətrafa yayılan ağrılara çox zaman yumurtalıq kistaları səbəb olurlar.

Əgər ağrılar arxa hissəyə yayılırsa, aybaşı gecikməsi və qaramtıl qanlı axıntılarla müşahidə edilirsə uşaqlıqdan kənar hamiləliyə dəlalət edir.

Əgər hamiləlik planlaşdırılırsa ginekoloqunuzla görüş götürməyə tələsin.

Hamiləlik zamanı inkişafdan qalmanın , dölün qüsurlarının, hamiləlik patologiyalarının profilaktikası məqsədilə hamiləlikdən öncə ginekoloqa müraciət etməli və ehtiyac olarsa müalicə təyin edilməlidir.

Əgər asqıranda ,öskürəndə, güləndə sidik qaçırma olursa,habelə sidiyi tam boşaltmamaq, qalıq sidiyin qalması, sidiyə getmə zamanı göynəmə olarsa, aşağıda ağırlıq hissinin olması, yuyunda əlinə qabarıqlığın dəyməsi ,xroniki qəbizlik hiss edərsinizsə vaxt itirmədən ginekoloq müayinəsinə yazılın.
Bu kimi hallar uşaqlıq, sidik kisəsi və düz bağırsaq sallanması, qeyri-iradi sidik qaçırtmalar zamanı müşahidə edilir. Vaxtında ixtisaslı cərrah ginekoloqa müraciət edərsinizsə zaman itirmədən çapıqsız, ağrısız, tam kosmetik cərrahi əməliyyatla sağlamlığınıza qovuşar və keyfiyyətli həyat tərzinə dönərsiniz.

Əgər sizin öncəki hamiləliklərinizdə düşüklər və ya uğursuz doğuşlarınız olubsa mütləq ginekoloq müayinəsinə müraciət etməlisiniz.

Hamiləliyin inkişafdan qalması, dölün ölümü səbəblərini araşdırmaq üçün xəstəxanadan evə yazılan kimi vaxt itirmədən ginekoloqunuza müraciət etməyiniz vacibdir.

8) Hamiləlikdən qorunma vasitələrinin düzgün seçilməsi zamanı ginekoloqa müraciət etməyiniz məsləhətdir.

Kontrasepsiya vasitəsi düzgün seçildikdə qadın orqanizminə müsbət təsiri olur, qadın orqanizminə öldürücü təsir edən və gələcəkdə hamilə qalmaq qabiliyyətini əngəlləyən abortlardan qoruyur.

9)Əgər sizdə üzdə , boğazda, sinədə istilik basma, əsəbilik, tez-tez ağlamaq- gülmək, ürək döyüntüsünün artması kimi hallar olarsa ginekoloq müayinəsinə yazılmalısınız.

Bu , artıq yumurtalıqların fəaliyyətinin yaşla əlaqəli sönməsi- klimaksın başlanmasını göstərir. Ginekoloqa müraciət etməli və lazım gələrsə əvəzləyici hormonoterapiyaya göstəriş verilməlidir. Bu gələcəkdə sümük kütləsinin azalması və sadə burxulmadan bitişməyən sınıqların , habelə estrogen çatışmazlığı ilə əlaqəli sidiyə getmədə pozğunluqların, vaginal quruluqla bağlı meydana çıxan digər diskomfortların da yaranmasının qarşısını alacaq.

10) Əgər aybaşınız gecikibsə və hamiləliyə şübhə varsa mütləq ginekoloqa müraciət etməlisiniz.

Aybaşı gecikməsi ancaq hamiləlik zamanı baş vemir, yumurtalıqların fəaliyyətinin pozulması, habelə baş beyin patologiyaları zamanı da baş verə bilir. Vaxtında qoyulan diaqnoz və müalicə gələcəkdə baş verə biləcək sonsuzluq və daha ağır patalogiyaların inkişafının qarşısını almış olar. Habelə hamiləlik nə qədər tez aşkarlanarsa, bir o qədər də tez ginekoloq mütəxəssisin tövsiyyələrini almış olar, gələcək ana və körpənin sağlamlığının saxlanmasına xidmət edər.

11) Əgər ginekoloji əməliyyat keçirmisinizsə mütləq ginekoloq baxışına ehtiyac var.

Əziz qadınlar, yadda saxlayın ki, zamanında yüksək ixtisaslı ginekoloq mütəxəssisə müraciət etməklə siz lüzumsuz narahatlıqlardan və ya yaranacaq xəstəliklərdən qurtula bilərsiniz. Yuxarıda sadaladığımız hallarda ginekoloqa müraciətinizi uzun müddətli ləngitmək və öz axarına buraxmaq ağılsızlıq ya da özünə laqeyidlik olardı. Özünüzü qoruyun və sağlamlığınıza dəyər verin ! Çünki siz buna layiqsiniz!

// Aktual.az

Dr. İlahə Quliyevanın qəbuluna yazılmaq istəyən xanımlar bu nömrə ilə əlaqə saxlaya bilərlər:

(050) 365 80 90

Xəbər 45704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR