Uşaqlar dərsdə niyə ağlayır?

Uşaqlar dərsdə niyə ağlayır?

Bir çox hallarda birinci sinifə gedən uşaqların ağladığının şahidi oluruq.

Aktual.az xəbər verir ki, həkim pediatr Vaqif Qarayev Trend-ə bildirib ki, uşaqların ağlamalarının səbəbləri müxtəlifdir.
Onun sözlərinə görə, təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçən, valideynin həddindən artıq qayğısı ilə böyüyən uşaqlar məktəb mühitinə çətinliklə uyğunlaşırlar, hətta bağçaya gedən bəzi uşaqlar da məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər.
Həkim hesab edir ki, uşaqları sevmək lazımdır, amma fasiləsiz "gözümdən uzağa getmə" prinsipi (xüsusən oğlan uşaqlarını) doğru deyil: "Uşaqlar tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Mikroməktəb mühitinə uyğunlaşmaq üçün yaxşı olar ki, uşaq sayı çox olan hazırlıq kurslarına getsinlər".
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR