Ukraynanın Almaniyadakı səfiri: “Avropa Kiyevi unudub”

Ukraynanın Almaniyadakı səfiri: “Avropa Kiyevi unudub”

Almaniya və Avropa Ukraynanın Avropa İttifaqına qoşulmaq istəyini "çox tez unudub”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın Berlindəki səfiri Andrey Melnik WDR radiostansiyasının efirində deyib.

O, Brüsseli Kiyevə Aİ və NATO-ya üzvlük perspektivi verməklə bağlı "daha cəsarətli qərarlar” qəbul etməyə çağırıb.

"Qeyd etmək istərdim ki, biz Maydan günlərindən Avropa Birliyinə daxil olmaq istəyirdik, sonra təkcə Yanukoviçin əleyhinə deyil, həm də Aİ-yə üzvlük üçün çıxış etdik. Təəssüf ki, arzularımız Almaniyada və Avropada çox tez unuduldu”, - deyə Melnik bildirib.

Buna baxmayaraq, o, yeni Almaniya hökumətinin sələflərindən fərqli hərəkət edəcəyinə ümid etdiyini bildirib.

Diplomat vurğulayıb ki, "pis dairə hər vasitə ilə qırılmalıdır”.
Xəbər 675 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR