Rusiya hakimiyyətinə yaxın dairələr Ermənistanda antirusiya fəaliyyəti həyata keçirən şəxslərin siyahısını hazırlayıblar.
Aktual.az xəbər verir ki, "Rusiyanın düşmənləri” adlanan siyahı artıq ölkənin şirkətlərinə paylanıb.
Bununla belə, siyahının real mənbəsi haqqında informasiya əldə etmək hələlik mümkün olmayıb.
Siyahıya ümumilikdə Ermənistan hakimiyyətində təmsil olunan bir neçə siyasətçinin, jurnalistin və ictimai xadimin adı daxil edilib. Onların Qərbin birbaşa təsiri altında olduğu vurğulanıb.
Həmin siyahını təqdim edirik:
- Armen Qriqoryan – Təhlükəsizlik Şurasının katibi
- Araik Arutyunyan – baş nazirin müşaviri
- Arsen Torosyan – keçmiş səhiyyə naziri
- Lena Nazaryan – Mülki Müqavilə Partiyasından (bundan sonra MMP) deputat
- Zarui Batoyan – keçmiş əmək naziri
- David Petrosyan – siyasətçi
- Mariya Karapetyan – MMP-dən deputat
- Artur Ovannisyan – MMP-dən deputat
- Taqui Kazaryan – MMP-dən deputat
- Tiqran Avinyan – baş nazirin keçmiş müavini
- Daniel İoannisyan – ictimai fəal
- Arpine Sərkisyan – ədliyyə nazirinin müavini
- Arpi Davoyan – MMP-dən deputat
- Vahan Kostanyan – MMP-dən deputat
- Styopa Safaryan – İrs Partiyasından keçmiş deputat
- Seda Səfəryan – Konstitusiya Məhkəməsinin hakimi
- Ruben Mehrabyan – Politoloq
- Rüstəm Badasyan – Dövlət Gəlirlər Komitəsinin sədri
- Artur Sakunç – hüquq müdafiəçisi
- Nina Karapetyanç – hüquq müdafiəçisi
- Narek Babayan – Sünik (Zəngəzur) vilayətinin vitse-qubernatoru
- Arman Qəribyan – ekspert
- Sisak Qabrielyan – MMP-dən deputat
- Ruben Rubinyan – MMP-dən deputat
- Qraçya Akopyan – MMP-dən deputat
- Vilen Qabriyelyan – MMP-dən deputat
- Janna Andreasyan – təhsil naziri
- Suren Qriqoryan – ədliyyə nazirinin müavini
- Armen Çibuxçyan – jurnalist
- David Ambaryan – fövqəladə hallar nazirinin müavini
- Tatul Akopyan – jurnalist
Antirusiya xarakterli media orqanları:
- 1in.am
- Civilnet.am
- Azatutyun.am
- Factor.am
- Radar.am.
Xəbər 392 dəfə oxunub.