Ukraynada daha bir Azərbaycan vətəndaşı güllələnərək öldürülüb

Ukraynada daha bir Azərbaycan vətəndaşı güllələnərək öldürülüb

Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.


"Report”un Kiyev bürosunun verdiyi məlumata görə, öldürülən şəxs Azərbaycanın İmişli rayonu sakini, 1979-cü il təvəllüdlü Quliyev Kərimdir.

Bir həftə əvvəl baş verən hadisədə azərbaycanlı aldığı çoxsaylı güllə yarasından hadisə yerində keçinib. Onun meyiti hazırda rayon morqundadır. Meyitin Azərbaycana göndərilməsi ilə bağlı hələ ki, heç bir tədbir görülməyib.

Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra Azərbaycan vətəndaşı güllələnib, 20-dən çox isə azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Baş verən hadisələrin araşdşrılması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən "Report” əməkdaşına qarşı baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur. 

 
Aktual.az
Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR