Ukrayna döyüş meydanındakı üstünlüyünü möhkəmləndirmək üçün müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadla məlumat verib.
"Hər kəs Rusiyanın yandığını görür və biz onun daha güclü yanmasını istəyirik, amma bunun üçün maliyyələşdirməyə ehtiyacımız var”, - rəsmi bildirib.
Məlumata görə, yeni sorğu iyunun 18-də Ramştayn formatında keçiriləcək görüşdə rəsmi olaraq elan ediləcək.
Xəbər 62 dəfə oxunub.