Ukrayna hava məkanını Rusiya üçün bağladı

Ukrayna hava məkanını Rusiya üçün bağladı
  • DÜNYA

Ukrayna bütün Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk açıqlayıb. O, qeyd edib ki, ötən ay Ukrayna Rusiya təyyarələrinin öllkəyə daxil olmasına qadağa qoymuşdu: “Amma Rusiya təyyarələrinin tranzit uçuşlarına qadağa qoyulmamışdı. Bu qərardan sonra isə tranzit uçuşlara da qadağa qoyulacaq”.

Onun sözlərinə görə, bu addım Rusiyanın qəbul etdiyi addıma adekvat olaraq qəbul edilib: “Rusiya Ukrayna təyyarələrinin onun səmasında uçuşu ilə bağlı qərarını dəyişməyib. Biz gözləyirdik ki, Rusiya qərarını dəyişəcək və Ukrayna təyyarələrinin Rusiya üzərindən uçuşuna icazə verəcək. Lakin Rusiya bunu etmədi. Buna görə də Ukrayna hökuməti belə bir qərar qəbul etməli oldu”.

Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR