Ukrayna Azərbaycana ixracı azaldır

Ukrayna Azərbaycana ixracı azaldır

Bu il Ukraynadan Rusiyaya əmtəə ixracı 30% azalaraq 4,2 mlrd. dollardan 2,9 mlrd. dollara enəcək.

Aktual.az Apa-ya istinadən  xəbər verir ki, Ukrayna Milli Bankının cari il üzrə açıqladığı makroiqtisadi proqnozlara əsasən buna səbəb həm qarşılıqlı sanksiyalar, həm də iqtisadi amillərdir.

Bununla yanaşı, proqnozda qeyd edilib ki, Ukrayna məhsullarının Rusiya ərazisindən tranzit qaydada keçirilməsinə qoyulan qadağa səbəbindən 460 mln. dollar itirəcək. Milli Bankın hesablamalarına əsasən, Ukrayna Qazaxıstana ixracı 8 mln. dollar, Azərbaycana 86 mln. dollar, Türkmənistana 60 mln. dollar, Özbəkistana 52 mln. dollar azaldacaq.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR