Gürcüstanın bu zavodu rus neftindən tam imtina etdi

Gürcüstanın bu zavodu rus neftindən tam imtina etdi
  • DÜNYA

Gürcüstanda yerləşən Kulevi neft emalı zavodu Rusiya xam neftinin emalını tamamilə dayandırıb.

Aktual.az xəbər verir ki, bu barədə "bm.ge” nəşrinin məlumatında deyilir.

Zavod Qazaxıstan və Liviya neftinin emalına keçib.

Kulevi neft emalı zavodu ilk Liviya neftini 28 avqustda alıb. 2026-cı ilin iyul ayında Gürcüstan Qazaxıstandan 5500 ton xam neft idxal edib ki, bu da ilk hesab olunur.

Qeyd edək ki, Kulevi neft emalı zavodunun sahibi olan "Black Sea Petroleum” şirkəti 31 iyul 2026-cı ildə avqust ayından etibarən Rusiya neftinin emalını tamamilə dayandırmağı planlaşdırdığını və Qazaxıstan və Liviyadan yeni xam neft tədarükləri gözlədiyini açıqlamışdı.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR