UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib

  • İDMAN

Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. "Report"un məlumatına görə, Xudiyev Avropa Liqasının qrup mərhələsində II turun "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) matçında hakimlərin işinə qiymət verəcək.

Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək. Görüşün hakimləri hələlik məlum deyil.

Daha öncə Orxan Hüseynzadənin "Rubin" (Rusiya) - "Bordo" (Fransa) matçında UEFA nümayəndəsi olacağı AFFA tərəfindən açıqlanıb.

Azərbaycan klublarına gəldikdə, eyni gündə "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər qarşılaşmasında Elmir Pilav (Bosniya və Herseqovina) hakim-inspektor, Sergey İlyiç (Belarus) UEFA nümayəndəsi, "Qarabağ"ın Belçika "Anderlext"i ilə ev oyununda Darko Çeferin (Sloveniya) hakim-inspektor, Oljas Abrayev (Qazaxıstan) UEFA nümayəndəsi olacaq.

// Aktual.az

UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib

24 Sentyabr, 2015  11:50

Oyun

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanlı hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. "Report"un məlumatına görə, Xudiyev Avropa Liqasının qrup mərhələsində II turun "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) matçında hakimlərin işinə qiymət verəcək.

Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək. Görüşün hakimləri hələlik məlum deyil.

Daha öncə Orxan Hüseynzadənin "Rubin" (Rusiya) - "Bordo" (Fransa) matçında UEFA nümayəndəsi olacağı AFFA tərəfindən açıqlanıb.

Azərbaycan klublarına gəldikdə, eyni gündə "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər qarşılaşmasında Elmir Pilav (Bosniya və Herseqovina) hakim-inspektor, Sergey İlyiç (Belarus) UEFA nümayəndəsi, "Qarabağ"ın Belçika "Anderlext"i ilə ev oyununda Darko Çeferin (Sloveniya) hakim-inspektor, Oljas Abrayev (Qazaxıstan) UEFA nümayəndəsi olacaq.

Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR