Türkiyənin xarici işlər naziri İranda səfərdədir

Türkiyənin xarici işlər naziri İranda səfərdədir
  • DÜNYA

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda səfərdədir.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, o, iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşüb.
Görüşdə bölgədəki vəziyyət və ikitərəfli əlaqələrin inkişafı məsələsi müzakirə edilib. 
Türkiyə XİN başçısının İran prezidenti Həsən Ruhani ilə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün keçirdiyi mətbuat konfransında Suriya problemi və Türkiyənin bu ölkədə keçirdiyi hərbi əməliyyatlardan danışıb. Prezident rəsmi Tehranın Ankara ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb və bildirib ki, bir ordu başqa bir ölkənin ərazisinə həmin dövlətin xalqının və hökumətinin icazəsi ilə girməlidir: "Biz bunu yaxşı qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq və insan tələfatının sayı artmayacaq. Biz başqa ölkənin ərazisinə icazəsiz girişi heç cür qəbul etmirik, lakin Türkiyə ilə münasibətlərimiz yaxşıdır".
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR