Türkiyənin tanınmış ilahiyyatçısı koronavirusdan öldü

Türkiyənin tanınmış ilahiyyatçısı koronavirusdan öldü

Türkiyənin tanınmış ilahiyyatçı, yazar Ömər Döngeloğlu koronavirusdan vəfat edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı "Ahaber” yayıb.
Ö.Döngeloğlu koronavirusdan müalicə olunumuş.
O, televiziya vasitəsi ilə sonuncu çıxışında tamaşaçılardan halallıq istəyib.
Qeyd edək ki, Ömər Döngeloğlu 1968-ci il mayın 3-də Türkiyənin Tokat əyalətinin Zile kəndində anadan olub. O, ilahiyyatçı, yazar, televiziya aparıcısı olub. Daha çox Türkiyənin "Kanal 7” televiziya kanalında dini proqram aparıcısı olaraq tanınıb.
"Peyğəmbərin izində”, "Allaha həsr olunmuş həyatlar”, "Yer üzünün ulduzları”, Sözün meracı Dua”, "Allahın Elçisini görənlər”, "Peyğəmbərin dostları” kimi əsərlərin müəllifidir.
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR