Burada bir şey deyə bilərəm ki, bu, çox həssas məsələdir.
Aktual.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin S-400-ləri satması haqda yayılan məlumata münasibət bildirərkən deyib.
"Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə təmaslarımız olub və əlaqələrimiz davam edəcək”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, "Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Türkiyənin S-400-ləri üçüncü ölkəyə satdığını qeyd etmişdi. Səlvi yazıb ki, bu ölkənin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər ola biləcəyi iddia edilir.
Xəbər 58 dəfə oxunub.