Türkiyədə yüz minlərlə sayta giriş məhdudiyyəti qoyan idarə ləğv edilir

Türkiyədə yüz minlərlə sayta giriş məhdudiyyəti qoyan idarə ləğv edilir
  • DÜNYA

Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) ləğv edilir. 

Aktual.az  report-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
Onun sözlərinə görə, dövlət çevrilişi cəhdi Türkiyənin dövlət quruculuğunda təftiş imkanı yaradıb: "Biz TİB-i bağlayacaq və əməkdaşlarını lazımi qurumlara yerləşdirəcəyik. Çünki bütün pis işlərin görüldüyü yerlərdən biri də həmin qurumdur. Bununla bağlı İnformasiya Texnologiyaları və Rabitə Şurası zəruri addımları atacaq. Fətullahçı terror təşkilatının (FETÖ) xərçəng toxumu kimi yayılmasının qarşısını alacağıq".

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə İdarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir. Hazırda TİB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin, sadəcə, 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb. 

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR