Türkiyədə bu nazirliklərin adı dəyişdirilir

Türkiyədə bu nazirliklərin adı dəyişdirilir

Türkiyədə prezident və parlament seçkilərindən sonra bir sıra nazirliklərin adının dəyişdirilməsi haqqında qərar qəbul ediləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Ailə İşləri və Sosial Siyasət Nazirliyinin adı Ailə və Cəmiyyət Nazirliyi, Elm, Sənaye və Texnologiyalar Nazirliyinin adı Elm və Sənaye Nazirliyi olacaq.
Bundan başqa, Əmək və Sosial Təminat Nazirliyinin adı Əmək və Sosial Müdafiə Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Urbanizasiya Nazirliyinin adı isə Urbanizasiya Nazirliyi kimi dəyişdiriləcək.

Qeyd edək ki, Türkiyənin prezident idarəçilik formasına keçidi ilə əlaqədar olaraq bir sıra dövlət orqanlarında struktur dəyişiklikləri aparılacaq.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərin iyunun 24-də keçiriləcək.
 
Aktual.az 
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR