Türkiyə XİN-i Fransa ilə bağlı xəbərdarlıq edib

Türkiyə XİN-i Fransa ilə bağlı xəbərdarlıq edib
  • DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.


Aktual.az Trend-ə istinadən bildirir ki, xəbərdarlıqda Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaları tövsiyə edilib.

Xatırladaq ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. "Sarı jiletlilər" adı altında keçirilən mitinqlərdə bugünə qədər2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb.

 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR