Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı” əməliyyatı çərçivəsində təşkil etdiyi hücumlarda terrorçulara aid silah anbarları, sığınacaq və döyüş mövqelərinin daxil olduğu 19 hədəf məhv edilib
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən informasiya yayılıb.
Məlumata görə, əməliyyatın başladığı tarixdən indiyə qədər zərərsizləşdirilən terrorçu sayı 1062-ə yüksəlib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və ASO-nun birlikdə təşkil etdiyi "Zeytun budağı” əməliyyatı 20 yanvar tarixində başladılıb.
Aktual.az Xəbər 278 dəfə oxunub.