Türkiyə İranla Səudiyyəni barışdırmaq istəyir

Türkiyə İranla Səudiyyəni barışdırmaq istəyir
  • DÜNYA

Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, rəsmi Ankara Səudiyyə Ərəbistanı və İran arasında münaqişənin nizamlanmasında iştirak etməyə hazırdır.

Bu barədəAktual.az AzVision.az-a istinadən xəbər verir.

Məlumata əsasən bu barədə Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxışı zamanı bildirib. O, həmçinin ölkələr arasında gərginliyin aradan qaldırılması üçün diplomatik kanalların istifadə olunmasının vacibliyini diqqətə çatdırıb: “Təcili olaraq diplomatik kanalları istifadə etmək lazımdır. Türkiyə bu problemin aradan qaldırılması üçün istənilən konstruktiv köməyi təklif etməyə hazırdır”.

Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum edilib.

Hadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn, Sudan və Küveyt İranla diplomatik münasibətləri kəsdiyini bəyan ediblər.

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR