Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 Mayla bağlı atəşkəs təklifinə cavab verib.
Aktual.az-ın xəbərinə görə, Zelenski "Telegram” kanalında yazıb ki, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.
"Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir?”, - Ukrayna lideri qeyd edib.
O bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir.
"Təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”, - Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır.
Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR