Türkiyə daha 2 şəhid verib

Türkiyə daha 2 şəhid verib
  • DÜNYA

Türkiyənin cənub-şərq bölgəsində ordu və polisin separatçı-terrorçulara qarşı genişmiqyalı əməliyyatları tam gücü ilə davam etdirilir.

Aktual.az anspress-ə istinadən bildirir ki, Diyarbəkirdə barrikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi üçün mərkəzi Sur rayonunda dekabrın 2-dən bəri tətbiq olunan 24 saatlıq küçələrə çıxma qadağası, hələ də, qüvvədə qalmaqdadır.

Cümə günü bölgədə təhülkəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan silahlı toqquşmalarda, PKK-nın snayper atəşi və kustar üsulla hazırlanmış partlayıcıları işə salması nəticəsində, pusquya düşən hərbçilərdən 1-i şəhid olub, 5 əsgər yaralanıb.

Yaralı əsgərlər Diyarbəkirin Hərbi Hospitalına çatdırılıb. Şəhid olmuş əsgər ağır yaralandığından həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Digər qaynar nöqtələrdən olan Şırnak vilayətinin Cizrə rayonunda isə 23 yaşlı jandarma zabiti vəzifə başında olarkən terrorçu atəşi nəticəsində şəhid olub.

Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR