Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri iki ölkə arasında gərginliyi azaltmaq və tərəfləri birbaşa danışıqlara qaytarmaq məqsədilə ABŞ və İran rəhbərliyi ilə bir sıra telefon danışıqları aparıblar.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” mənbələrə istinadən məlumat yayıb.
"Tərəflərlə gərginliyin azaldılması, ardınca texniki qruplar arasında növbəti danışıqların tarixini təyin etmək üçün geniş diplomatik səylər göstərilir”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, ABŞ İrana zərbələri 8 iyuldan bərpa edib.
Xəbər 51 dəfə oxunub.