Türk
Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar
İdarə heyətinin rəhbəri seçilib.
Tohan Hazinadar Federasiyanın məqsədlərinə
layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür
edib.
O
da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə
Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü
seçilib. Zöhrə Şərifi Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən
bu mühüm vəzifəyəseçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən
gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib.
Aktual.az
Xəbər 248 dəfə oxunub.