Turizm obyektlərinin işçiləri məsuliyyətə cəlb olunacaq

Turizm obyektlərinin işçiləri məsuliyyətə cəlb olunacaq

Azərbaycan turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaq.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu, yeni hazırlanmış "Turizm haqqında” qanun layihəsinin 92-ci (Məsuliyyət növləri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda, əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Maddənin digər bəndində isə göstərilir ki, turizm qanunvericiliyinin pozulması Azərbaycan qanunvericiliyinə əsasən, cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.
 
Aktual.az 
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR