"Görünən və hiss edilən budur ki, Tural Sadıqlı öz yöndəmsiz verilişlərini konkret mənbələrdən gələn sifarişlər əsasında qurur, konkret şəxslərin tapşırığına uyğun hazırlayır və konkret təlimatlar, buyruqlar, əmrlər üzərindən reallaşdırır”.
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Amma və lakin! Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, sifarişi verən kimdir? Daha dəqiq desəm: Azərbaycanın ən dəyərli insanlarını hədəfə almaq kimlərin maraq dairəsində ola bilər?
Şəxsən mənim ağlıma ilk gələn "FETÖ”çulardır. Niyə? Çünki, Tural ata xətti ilə birbaşa bu ünsürlərə bağlıdır və bəlli müddətdə (hardasa il yarım) maliyyəsini onlardan alıb.
İkincisi, FETÖ-nun hədəfə aldığı insanlarla Turalın hədəfə aldığı insanlar tamamən üst-üstə düşür, eynilik təşkil edir. Hətta ən kiçik fərq olmadan.
Üçüncüsü...Turalın xarici səfərlərini təşkil və saxta "navodka”larını təmin edənlər birbaşa FETÖ yaramazlarıdır. Təyyarə biletlərinin pulları və digər cari xərclər isə uzun müddət İstanbul, Maraş, Trabzon və digər şəhərlərdə gizlənən FETÖ-çular tərəfindən "turizm paketi” formasında qarşılanıb.
Dördüncüsü....Tural indiyə qədər bu qədər ittihama rəğmən bir dəfə də olsun Fətullah Güləni terrorçu adlandırmayıb və onun Amerikadakı, Türkiyədəki, Azərbaycandakı nümayəndələri haqda güldən ağır söz deməyib.
Bəli, mən Azərbaycan adını təsadüfən çəkmədim. Çünki əminəm ki, gorbagor olmuş Fətullah Gülənə və onun təməlini qoyduğu terror yoluna, terror fəlsəfəsinə, terror təşkilatına ürəkdən, həm də sidq ürəkdən bağlı olanlar Azərbaycanda da (tülkü kimi gizlənmiş və müvəqqəti mövqe dəyişmiş formada) mövcuddur. Hə, onlar üzdə guya dövləti və iqtidarı dəstəkləyirlər. Amma əmin olun: azacıq boşluq yaransa və fürsət tapsalar dövləti də iqtidarı elə ən birinci onlar "vurarlar”. Ona görə həmin gizlinə çəkilmiş və maskalanmış quldurların da Turala birbaşa dəstək verdiyini qətiyyən istisna etmək olmaz. Hətta düşünürəm ki, ciddi araşdırılma başlasa, Turalın maliyyəçiləri içindən ən birinci onlar çıxacaqlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 1358 dəfə oxunub.