Trampın kürəkəni 266 vəzifəni tərk edib

Trampın kürəkəni 266 vəzifəni tərk edib

ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşner dövlət qulluğunda işləmək imkanına malik olmaq üçün özəl sektorda çalışdığı 266 müxtəlif vəzifədən istefa verməyə məcbur qalıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi Ağ Evdə keçirilən xüsusi brifinqdə jurnalistlərə deyib.

O, təsdiq edib ki, ABŞ prezidentinin ətrafında olan və son zamanlara qədər özəl şirkətlərdə çalışan bütün nümayəndələr əvvəlki vəzifələrini tərk ediblər.

Brifinqin aparıcısı jurnalistlərin ABŞ administrasiyasında neçə milyarderin olmasına dair verdikləri sualdan yayınmağa çalışıb. "Buna bir çox müxtəlif üsullarla baxmaq olar", - administrasiyanın nümayəndəsi sualı belə cavablandırıb.
 

Aktual.az 

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR