Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderlərilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp İranla münaqişə bitdikdən sonra hələ də İbrahim Sazişlərinə qoşulmayanların İsraillə münasibətlərini normallaşdırmasını gözlədiyini bildirib.
Aktual.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid mənbələrə istinadla məlumat yayıb.
"İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri bu gözləntidən çaşqınlıq içində olublar. Tramp bunu dedikdən sonra telefon xəttində sükut çöküb və o, zarafatla sözügedən liderlərin hələ də xətdə olub-olmadığını soruşub”, - o bildirib.
Qeyd edək ki, İbrahim Sazişləri 2020-ci ildə İsrail, BƏƏ, Bəhreyn və Mərakeş arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanıb.
Xəbər 39 dəfə oxunub.