Tramp və Ərdoğanın söhbətinin detalları açıqlanıb

Tramp və Ərdoğanın söhbətinin detalları açıqlanıb
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanABŞ Prezidenti Donald Trampla söhbət zamanı bəyan edib ki, kürd döyüşçülərinin Ağ ev tərəfindən dəstəklənməsinin məqsədini başa düşmür.

"Report" Gazeta.Ru-ya istinadən xəbər verir ki, bu barədə The Washington Post yazıb.
R.T.Ərdoğan vurğulayıb ki, Trampın özünün dediyinə görə, İŞİD terror təşkilatı devrilib. O həmçinin regionda minə yaxın amerikalı hərbçilərin qalmaqda davam etməsinin səbəbi barədə sual verib.
"Bilirsən nə var? Götür. Mən gedirəm", - Tramp deyib.
Bildirilir ki, söhbətin detallarını ABŞ administrasiyasının bir neçə əməkdaşı təsdiqləyib.
Xatırladaq ki, bir qədər əvvəl xəbər verildiyi kimi, Birləşmiş Ştatlar Suriyadan öz qoşunlarını çıxarmağa başlayıb.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR