"Tramp seçilsə, növbəti 11 Sentyabr ola bilər"


Trampın xarici siyasəti olduqca təhlükəlidir. Etiraf edim ki, Respublikaçılar Partiyasının daxilində fikir ayrılığı var.


Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri Respublikaçılar Partiyasının Cənubi Karolina senatoru Lindsey Qraham deyib.

O, Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Trampı tənqid edib:

"Trampın xarici siyasəti olduqca təhlükəlidir. Etiraf edim ki, Respublikaçılar Partiyasının daxilində fikir ayrılığı var. Trampın xarici siyasəti tək dövlətçilik deməkdir. Bu isə növbəti 11 sentyabra səbəb ola bilər".

Trampın isə buna cavabı gecikməyib.

"Senator Qrahamın çıxışını izlədim. Niyə onu seçkilərdə ötdüyümdən danışmır?" - Tramp Tvitter-də yazıb.

Qeyd edək ki, Qraham partiya daxilində lazımi dəstəyi almadığı üçün prezidentliyə namizədliyini geri götürüb.

Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR