Tramp kəşfiyyat liderləri ilə görüşəcəyini açıqladı

Tramp kəşfiyyat liderləri ilə görüşəcəyini açıqladı
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyaya sanksiyalar ucbatından kəşfiyyat nümayəndələri ilə görüşəcəyini açıqlayıb

Axar.az xəbər verir ki, Tramp bu barədə informasiyanı jurnalistlərə göndərdiyi press-relizdə yerləşdirib. O, görüş zamanı sanksiyaların niyə tətbiq edildiyini öyrənməyə çalışacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də düşüb. Bundan başqa Vaşinqton Rusiyanın 35 diplomatına Amerikanı tərk etməsi üçün 72 saat vaxt verib.
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR