Tovuz sakininin Ermənistana keçməsi xəbəri araşdırılır - RƏSMİ

Tovuz sakininin Ermənistana keçməsi xəbəri araşdırılır   - RƏSMİ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən Zöhrə Vardzor qızı Vəliyevanın Ermənistan tərəfə keçməsi haqda erməni mediasında yayılan məlumatları araşdırır.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, komissiya erməni mətbuatında yayılan məlumatlardan xəbərdardır: “Əgər belə bir fakt varsa, tərəfizimdən dəqiqləşdirilib, ictimaiyyətə açıqlama veriləcək”.

Tovuzun icra başçısının müavini Mahir Həsənov isə AzVision.az-a açıqlamasında bildirib ki, erməni KİV-lərdə yayılan məlumat yalandır, Tovuzda bu adda sakin qeydiyyatda olmayıb.

İcra rəsmisinin sözlərinə görə, hazırda aidiyyatı dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR