Tərtərdə baş vermiş yanğınla bağlı cinayət işi başlanıldı

Tərtərdə baş vermiş yanğınla bağlı cinayət işi başlanıldı

 Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

"Report”un məlumatına görə, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğınbaş verib.
Nəticədə orada operator işləyən Əsgər Məmmədov və Seymur Rzayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR