Ötən il Azərbaycanda fövqəladə hadisələr zamanı ölənlərin sayı açıqlandı - RƏSMİ

Ötən il Azərbaycanda fövqəladə hadisələr zamanı ölənlərin sayı açıqlandı - RƏSMİ

2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən Aktual.az-a bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub.

2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib.

Eyni zamanda 2017-ci il ərzində respublika ərazisində 84 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 17 nəfər həlak olub, 87 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub. 
Xəbər 2649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR