Ötən il Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

"2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur”.
 
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
 
Nazir bildirib ki, ötən il ərzində ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib: "Bir sıra ölkələr, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Rrespublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, elektron viza sisteminin tətbiqi və bu il yanvarın 10-dan etibarən "ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”. (APA)
 
Aktual.az
Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR