Ötən gün ölkədə nə qədər cinayət faktı qeydə alınıb?

Ötən gün ölkədə nə qədər cinayət faktı qeydə alınıb?

Yanvarın 24-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb, onların da 18-nin üstü "isti izlər"lə açılıb.

DİN-dən Aktual.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Xəbər 180 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR